Dünya

ABŞ digər ölkələrə yardımı dayandırmaqla 1 milyard dollar qənaət edib

30 yanvar / 09:51 1 dəq
42d2c52d fa4d 3805 ad2e 35c6395294a0
30 yanvar / 09:51
Burada sizin reklamınız ola bilər

ABŞ-nin digər ölkələrə yardımının dayandırılması Vaşinqtona 1 milyard dollardan çox lüzumsuz xərclərdən qaçmağa imkan verib.

Qerbxeber.com xəbərinə görə, bu barədə Dövlət Departamentinin bəyanatında deyilir.

“Bu ilkin mərhələdə ölkənin gündəliyinə uyğun olmayan məqsədlər üçün 1 milyard dollardan çox xərcləmənin qarşısı artıq alınıb. Daha əvvəl elan edilmiş 90 günlük ABŞ-ın digər ölkələrə yardımının dayandırılması və nəzərdən keçirilməsi artıq ABŞ üçün dividendlər gətirir. Biz lazımsız xərcləri aradan qaldırırıq”, – bəyanatda deyilir.

Vurğulanıb ki, son illərdə Ukraynaya göstərilən səxavətli dəstək nəzərə alınmasa, Birləşmiş Ştatlar hər il başqa ölkələrə yardım üçün təxminən 70 milyard dollar xərcləyir.

Paylaş
Burada sizin reklamınız ola bilər