Dünya

İsraildə BMT agentliyinin fəaliyyətini qadağan edən qanun qüvvəyə minib

30 yanvar / 09:46 1 dəq
E51fe847 0caa 3f99 9c4a eeb3d82438cb
30 yanvar / 09:46
Burada sizin reklamınız ola bilər

İsraildə hakimiyyətin BMT-nin Yaxın Şərqdəki Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi ilə əlaqə saxlamasını və agentliyin dövlətin ərazisində fəaliyyət göstərməsini qadağan edən qanunlar qüvvəyə minib.

Qerbxeber.com xəbər verir ki, İsrail parlamenti (Knesset) qanunları hələ ötən ilin payızında qəbul edib.

Qanuna əsasən cümə axşamından etibarən agentlik İsrail hakimiyyət orqanları ilə, xüsusən də Qəzza zolağına humanitar yardımın çatdırılması məsələsində əlaqə saxlaya bilməyəcək.

Həmçinin vurğulanıb ki, Şərqi Qüds suveren İsrail ərazisi hesab olunduğu üçün BMT agentliyi orada fəaliyyətini dayandırmağa borcludur.

İsrailin xarici siyasət idarəsinin sözçüsü Oren Marmorşteyn özünün “X” sosial şəbəkə səhifəsində yazıb ki, ölkəsi yanvarın 30-dan etibarən agentlik ilə heç bir əlaqə saxlamayacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər