Dünya

Rəfah sərhəd-keçid məntəqəsinə nəzarət Fələstinə verilib

22 yanvar / 12:46 2 dəq
B3203cda 43c7 34d6 9ab9 34c3f71e2d24
22 yanvar / 12:46
Burada sizin reklamınız ola bilər

Qəzza zolağında Misirlə sərhəddə yeganə sərhəd-keçid məntəqəsi olan Rəfahı Fələstin tərəfi idarə edəcək.

Qerbxeber.com xəbər verir ki, bu barədə “Asharq Al-Awsat” qəzeti anonim mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, qərar İsrailin “Şin Bet”, “Mossad” xüsusi xidmət orqanlarının və Misir kəşfiyyatının rəhbərlərinin Qahirədəki görüşündə qəbul edilib.

Tərəflər Fələstin administrasiyasının Rəfah sərhəd-keçid məntəqəsini “beynəlxalq müşahidə və BMT-nin monitorinqi altında” idarə etməsi ilə bağlı razılığa gəliblər.

Mənbə bildirib ki, əsas sərhəd-keçid məntəqəsinin açılacağı tarix hələ təyin edilməyib.

“İsrail dəhlizdən qoşunların qismən çıxarılmasını təklif edib, bununla razılaşmayan Misir isə qoşunların tam çıxarılmasında və müharibədən əvvəlki vəziyyətə qayıtmaqda israrlıdır”, – mənbə nəşrə bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər