Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

944 nəfərin Azərbaycan vətəndaşlığından çıxmasının səbəbi nədir?

28 iyul / 12:34 2 dəq
1549597834
28 iyul / 12:34
Burada sizin reklamınız ola bilər
“Onların hamısı ölkədən işsizlik üzündən gedir”.
Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu 2021-ci ildə 944 nəfərin Azərbaycan Respublikası vətəndaşlığından çıxmasına aydınlıq gətirərkən deyib. O, indi dünyanın hər yerində Azərbaycan vətəndaşlarının yaşadığını diqqətə çəkib:
“Xarici ölkələrdə xeyli Azərbaycan vətəndaşı var. Elə bir ölkə yoxdur ki, orada azərbaycanlılar olmasın. Onlar artıq həmin ölkələrdə müəyyən mövqelər tutublar, özlərinin səlahiyyətləri var, hətta qohum-əqrəbaları üçün də orada yaşamağa şərait yarada bilirlər. Azərbaycandan xarici ölkəyə üz tutanda tanış və qohumlarının yanına yerləşirlər”.
Sosioloq hesab edir ki, əgər Azərbaycanda yetərincə iş yerləri olsa, xaricə üz tutanların sayında azalma müşahidə olunar:
“Çox təəssüf ki, Azərbaycanda iş yerlərinin açılmasına diqqət yetirilmir. İnvestorlar Azərbaycana cəlb olunmalıdır. Biz niyə iş yeri açmırıq, bu mənimçün qaranlıqdır. Asan yolla Azərbaycanda xeyli iş yeri açmaq olar. Bir mineral su zavodu açmaqla 500 nəfəri işlə təmin etmək olar. Amma bunu edən lazımdır”.
Qeyd edək ki, 2021-ci ildə 944 nəfər Azərbaycan Respublikası vətəndaşlığından çıxıb. 2019-cu ildə isə Azərbaycan Respublikası vətəndaşlığından çıxmaqla bağlı 449 müraciət qeydə alınıb.
Bahar Rüstəmli
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı