Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Maraqlı

Türk analitikdən ABŞ nəzarətində Zəngəzur dəhlizi barədə açıqlama

12 avqust / 11:59 3 dəq
Zengezur koridoru
12 avqust / 11:59
Burada sizin reklamınız ola bilər

“Amerikalıların Zəngəzura gələcəkləri bizi bir qədər narahat etsə də, yolun açılması ilə Türkiyənin türk dünyasına birbaşa çıxışının təmin olunacağını nəzərə aldıqda, baş verənlərin müsbət tərəflərini də görmək olar”.

Bunu türkiyəli analitik Hasan Öztürk deyib.

“Türkiyə bu dəhlizlə türk dünyası ilə birləşəcək. Amerikanın həvəsini görüb onu da söyləyə bilərik ki, bu, həm də qlobal ticarətdə mühüm rol oynayacaq. Amma bizim üçün əsas məsələ Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında avtomobil və dəmir yolu ilə birbaşa əlaqənin olmasıdır. Bu o deməkdir ki, Bakıdan çıxan avtomobil Naxçıvana asanlıqla çatacaq. Biz də İstanbuldan maşınla Bakıya qədər gedə biləcəyik”, – ekspert bildirib.

Öztürk qeyd edib ki, Cənubi Qafqaz, xüsusən də Azərbaycan və Ermənistan üçün yeni dövrdə Türkiyə ilə birlik həlledici olacaq.

“Beləliklə, Türkiyə ilə Ermənistan arasında sərhəd keçidinin açılması ilə bölgədə iki yeni sülh dəhlizi olacaq. Akyaka və Alican sərhəd-keçid məntəqələri Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması ilə açılacaq. Nəticədə 1993-cü ildən bağlanan Türkiyə-Ermənistan sərhəd keçid məntəqələrinin açılması bölgədə sülh mühiti yaradacaq”.

Türk ekspert Qərbi Zəngəzurun Azərbaycanın tarixi bölgəsi olması faktına da diqqət çəkib:

“200 il əvvəl türk-müsəlman əhalisini deportasiyaya məruz qoyan Çar Rusiyası Zəngəzur bölgəsini ermənilərin üzünə açdı. Əslində, müzakirə etdiyimiz məsələ – Zəngəzur dəhlizi Zəngəzur bölgəsinin tarixi mülkiyyəti ilə bağlı mübahisələrə yol açır”.

Öztürk əlavə edib ki, yaxın gələcəkdə Ermənistanın Konstitusiyasının dəyişdirilməsi ilə sülh sazişinin imzalanmasının önündəki sonuncu əngəl də qalxacaq.

Mənbə: Teleqraf.az

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı