Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

İlham Əliyev və İrakli Kobaxidze bəyanatla çıxış etdilər

17 yanvar / 22:53 3 dəq
əliyev kobaxidze
17 yanvar / 22:53
Burada sizin reklamınız ola bilər
“Parlament seçkilərindən sonra ilk xarici səfərinizi Azərbaycana planlaşdırdınız, bu, Azərbaycan və Gürcüstan arasında yüksək səviyyəli münasibətlərin simvoludur”.

Qerbxeber.com xəbər verir ki, bunu Azərbaycanın Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə Bakida görüşündən sonra mətbuata birgə açıqlamasında bildirib bildirib.

O, “Gürcü Arzusu”nu seçkilərdə qələbə münasibətilə təbrik edib.

“Bu səfər xüsusi əhəmiyyət kəsb edir, çünki parlament seçkilərindən sonra sizin ilk xarici səfərinizdir. Fürsətdən istifadə edərək ‘Gürcü Arzusu’nu qələbə münasibətilə təbrik edirəm. Sizə və komandanıza uğurlar arzulayıram. Təbii ki, parlament seçkilərindən sonra ilk xarici səfərinizi Azərbaycana planlaşdırmağınız Azərbaycan və Gürcüstan arasında yüksək səviyyəli münasibətlərin simvoludur. Xüsusi təşəkkürümü bildirirəm” , – İlham Əliyev qeyd edib.

Onun sözlərinə görə, “Gürcü Arzusu”nun uğuru Cənubi Qafqazda sabitliyin təmin olunacağını göstərir.

“Təkbətək görüşdə biz əlaqələrimiz, ‘Orta Dəhliz’ layihəsi haqqında müzakirə apardıq. Ölkələrimiz sıx əməkdaşlıq edir. Bizim əməkdaşlığımız müntəzəmdir. Əminəm ki, bu layihə uğurlu olacaq. Bu layihədə qonşuluqdakı digər ölkələrlə sıx əlaqəni qorumaq lazımdır. Azərbaycan və Gürcüstan Avropa ilə Asiya arasında körpü və bağ olacaq. Biz bunu uğurla həyata keçiririk. Bilirik ki, Gürcüstanda nəqliyyat infrastrukturu, Azərbaycanda olduğu kimi, genişlənir. Xüsusilə də nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılmasına toxunur. Hər iki ölkədə bu istiqamətdə işlər aparılır, təmsil etdiyimiz xalqların rifahı naminə. Biz ayrılmaz tərəfdaşlarıq və başqalarına da çox dəyərli xidmətlər təklif edə bilərik. Çox şey əldə etmişik, detallara varmadan deyə bilərəm ki, geniş formatda bu mövzuları müzakirə edəcəyik. Bir daha əlavə etmək istəyirəm ki, partiyanızın uğuru Cənubi Qafqazda sabitliyin təmin olunacağı faktını sübut edir. Qardaşlarınız və dostlarınız olaraq sizin uğurlarınız bizi sevindirir. Gələcəkdə də daha böyük uğurlar arzulayıram” , – deyə İlham Əliyev vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı