İqtisadiyyat

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

28 dekabr / 10:40 1 dəq
Sınıq korpu
28 dekabr / 10:40
Burada sizin reklamınız ola bilər
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb,quru sərhədlər yenə bağlı qalacaq.
Qerbxeber.com xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov qərar imzalayıb.

Qərarla karantin rejiminin müddəti gələn il yanvarın 1-dən aprelin 1-dək uzadılıb.

Ölkə ərazisində xüsusi karantin rejiminin uzadılmasına səbəb koronavirus (COVİD-19) səbəb kimi göstərilib.

“Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 aprel saat 06:00-dək uzadılsın” , – qərarda deyilir.

Paylaş
Burada sizin reklamınız ola bilər