Elm və Texnologiya

Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində sənəd qəbuluna start verilib

11 aprel / 08:45 2 dəq
67f7d5860a37467f7d5860a3751744295302f70ef76435bb5fa3c2a43fed411a76a2
11 aprel / 08:45
Burada sizin reklamınız ola bilər

2025-2026-cı tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbuluna start verilib.

Bu barədə Qerbxeber.com Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Sənəd qəbulu üçün son tarix 15 iyun 2025-ci il saat 23:59-dur.

Qeyd edək ki, 2025-2026-cı tədris ili üçün 29 dekabr 2024-cü il tarixində elan olunmuş Dövlət Proqramı çərçivəsində prioritet ixtisas sahələrinə uyğun nüfuzlu xarici ali təhsil müəssisələrinin siyahısı yenilənmişdir. Hər il olduğu kimi bu il də namizədlər “Times Higher Education”, “QS World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai)” reytinq sistemində “universitetlər üzrə top 10″da yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan istənilən ixtisas sahəsi üzrə əldə etdikləri qəbul sənədləri əsasında Dövlət Proqramına müraciət edərək müsabiqədə iştirak edə bilərlər.

Müvafiq elanla keçiddən tanış olmaq mümkündür.

Paylaş
Burada sizin reklamınız ola bilər