Bölgə xəbərləri

Tovuz rayonu Aşağı Quşçu 1saylı tam orta məktəbdə kütləvi zəhərlənmə hadisəsi baş verib

19 dekabr / 19:04 2 dəq
News
19 dekabr / 19:04
Burada sizin reklamınız ola bilər

Tovuz rayonu Aşağı Quşçu kənd 1 saylı tam orta məktəbdə zəhərlənmə hadisəsi baş verib.

Qerbxeber.com xəbər verir ki, hadisəyə məktəbin 2 sinfində pelet sobasının tıxanması ilə tüstüləmə səbəb olub.

Bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyrə ediliblər.

Tovuz rayonu üzrə təhsil sektorunun əməkdaşları hadisə yerində olub. Tüstülənmə nəticəsində 71-nəfərə yaxın şagird özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib. Zərərçəkənlər Tovuz rayon Mərkəzi Xəstəxanasına hosbitalizasiya edilib.

“Onların səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Tədris prosesinin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür”, – deyə məlumatda qeyd edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər