Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Sosial

Professor: “Haqqında xəbərdarlıq yayılan sətəlcəm virusu deyil”

16 yanvar / 21:49 3 dəq
95f18a59 0683 41b0 ab80 57eec3ac7966
16 yanvar / 21:49
Burada sizin reklamınız ola bilər

“Əslində haqqında xəbərdarlıq yayılan sətəlcəm virusu deyil. Burada koronaviruslardan söhbət gedir”.

Bunu Qaynarinfo-ya açıqlamasında tibbi ekspert Adil Qeybulla Səhiyyə Nazirliyinin Çində yeni koronavirusun səbəb olduğu sətəlcəm xəstəliyinin yayılması ilə bağlı məlumatı şərh edərkən deyib.

O qeyd edib ki, donuz qripi, koronaviruslarla bağlı çoxsaylı viruslar var:

“Əlbəttə ki, bu virusun növünü birbaşa deyə bilmirik. Çünki bunu ancaq laboratoriyada aparılan analizin nəticəsindən sonra demək olar. Koronaviruslar 1960-ci ildə soyuqdəymə ilə xəstələnənlərin burun boşluğunda aşkarlanıb. Sətəlcəm yuxarı tənəffüs yollarının ağır iltihabı ilə müşahidə olunan bir xəstəlik formasında davam edir. Mütəmadi olaraq bu xəstəlik özünü göstərir. Bir neçə il öncə də bu xəstəlik baş vermişdi. Bu gün də bununla bağlı informasiyalar var. Hesab edirəm ki, istər beynəlxalq qurumlar, istərsə də səhiyyə təşkilatlarının bununla bağlı açıqlamaları dəqiq olmalıdır ki, söhbət konkert olaraq yayılan virusun növündən gedir və hansı fəsadları gözlənilir. Bununla bağlı təbliğat aparılmalıdır ki, insanlar bu viruslardan necə qorunsunlar. Vətəndaşlar ictimai, xüsusən də ahalinin çox olduğu yerlərdə, ictimai nəqliyyatda maska ilə gəzməlidirlər, xəstələndiyi halda yataq reyiminə keçməlidir, çoxlu maye qəbul eləməli, həkimdən icazəsiz dərman qəbul etməməlidirlər. Xəstəlik qısa müddətə daha da ağırlaşır və qorxulu fəsadlara gətirib çıxardır. Əhali arasında təbliğatı gücləndirmək lazımdır. Bundan başqa, ölkəyə gələn xarici vətəndaşları yoxlamaq lazımıdır. Bu da karantin tədbirlərdir”.

Adil Qeybulla iddia edir ki, bu xəstəliyə yoluxan vətəndaşları həm də ölüm gözləyir: “Bu virusda ölüm qorxusu da var. Yüksək temperatur, yuxarı tənəffüs yollarının, ağciyərin iltihabı ölümə gətirib çıxara bilər”.

Çində yeni koronavirusun səbəb olduğu sətəlcəm alovlanması ilə əlaqədar beynəlxalq səfərlər və ticarətə dair Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tövsiyəsi açıqlanıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı