Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
İqtisadiyyat

Deputat: “Sanksiyalar Azərbaycandakı Rusiya banklarından da yan keçməyəcək”

12 mart / 12:23 2 dəq
1584093492415 LTBaaugV
12 mart / 12:23
Burada sizin reklamınız ola bilər

“Rusiyaya tətbiq edilən sanksiyalar çox ağırdır. Nə Suriya, nə İraq, nə də İranda belə sanksiyalar tətbiq edilib. Sanksiyalar Rusiya iqtisadiyyatının bütün sahələrini əhatə edir, tək banklar hədəf deyil”.

Qərb Xəbər məlumat verir ki, bunu Modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin deputatı Vahid Əhmədov Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ardından bu ölkəyə qarşı tətbiq edilən sanksiyalardan danışarkən deyib.

Onun sözlərinə görə, Rusiyanın SWIFT-dən, yəni beynəlxalq pul köçürmələr sistemindən çıxarılması artıq bankların iflici anlamına gəlir: “Azərbaycanda da Rusiya bankları var. Bu, əlbəttə o banklara da təsirini göstərəcək. Həmin banklarda Mərkəzi Bank tərəfindən külli miqdarda vəsaitlər var, eyni zamanda ola bilsin ki, mülki əhalinin vəsaitləri də olsun. Bu proses uzun müddət, məsələn, bir ay davam edərsə, əlbəttə, banklar öz maliyyə dayanıqlığı ilə bağlı çox ciddi problemlər yaşayacaq”.

V.Əhmədov bildirib ki, Rusiya banklarının ölkəmizdə defolt olması, bazardan çıxması gözləniləndir: “Bu da sanksiyaların müddəti ilə bağlıdır. ABŞ və Qərbin açıqlamalarından görünür ki, müharibə dayansa da, sanksiyalar daha uzunmüddətli xarakter alacaq”.

Qeyd edək ki, hazırda Azərbaycanda Rusiya kapitallı 2 bank fəaliyyət göstərir. Bunlardan biri VTB Qrupa daxil olan “Bank VTB Azərbaycan”, digəri isə “Yelo Bank”dır.

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı