Tbilisidə nümayişlər hadisələrin 10-cu günündə davam edib
Dünən Tbilisidə Rustaveli prospektində etiraz aksiyası davam edib.Artıq nümayişlər 10-gündür ki, davam edir.
Qerbxeber.com Aktual.ge-yə istinadən xəbər verir ki, vətəndaşlar yenə də qanunverici orqanın yanında toplaşıblar. Avtomobillərin hərəkəti də bağlanıb. Nümayişçilər yolka konstruksiyasına etirazlar zamanı yaralanan və döyülən insanların fotoşəkillərini asıblar. Yolkada Gürcüstan və Avropa İttifaqının bayraqları asılıb.
Vətəndaşlar cinayətkarların müəyyən edilərək cəzalandırılmasını, həmçinin etiraz aksiyaları zamanı həbs olunanların azadlığa buraxılmasını tələb edirlər.




