Hadisə

Meydan TV-nin saxlanılan əməkdaşlarına hökm oxundu

8 dekabr / 19:31 1 dəq
E5650d20 b554 11ef aff0 072ce821b6ab.png
8 dekabr / 19:31
Burada sizin reklamınız ola bilər

Meydan TV əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.

Qerbxeber.com Axar.az-a istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə ayrı-ayrılıqda qətimkanla bağlı təqdimatlara baxılıb.

Ramin Deko, Aynur Elgünəş, Natiq Cavadlı, Aysel Umudova, Aytac Tadıq, Ülvi Tahirov və Xəyalə Ağayeva barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumatda adıçəkilən şəxslərin ölkəyə qanunsuz xarici valyuta gətirməsi ilə bağlı daxil olan məlumat əsasında saxlanıldıqları bildirilib. Onlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.

Paylaş
Burada sizin reklamınız ola bilər