Bölgə xəbərləri

Bakı-Qazax magistralında avtomobil piyadanı vurub

20 oktyabr / 11:26 1 dəq
Masin piyadanı vurub
20 oktyabr / 11:26
Burada sizin reklamınız ola bilər

Hacıqabulda yol-nəqliyyat hadisəsi olub.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistralında, Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində qeydə alınıb. “Chery” markalı minik avtomobili yolu keçən qadını vurub.

Yaralanan Bakı sakini, 1968-ci il təvəllüdlü Şəhla İdris qızı Əhmədova Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər