Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Sosial

Doktorant, magistr və tələbələrin təqaüdləri artırılıb – SİYAHI

13 yanvar / 11:23 4 dəq
Tələbə
13 yanvar / 11:23
Burada sizin reklamınız ola bilər

Dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri 2023-cü il yanvarın 1-dən artırılıb.

“Qərb Xəbər” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla həmin məbləğlər aşağıdakı kimi müəyyən edilib:

1. Doktorantura pilləsi üzrə:

1. elmlər doktoru hazırlığı üzrə doktorantlara – 400 (dörd yüz) manat;

2. fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 240 (iki yüz qırx) manat.

2. Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:

Magistratura səviyyəsi üzrə:

1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 195 (yüz doxsan beş) manat;

2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 (yüz altmış) manat;

3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 (yüz on) manat;

bakalavriat səviyyəsi üzrə:

1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 175 (yüz yetmiş beş) manat;

2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 145 (yüz qırx beş) manat;

3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 100 ( bir yüz) manat.

3. Orta ixtisas təhsili müəssisələrində:

1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 100 (bir yüz) manat;

2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 80 (səksən) manat;

3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 66 (altmış altı) manat.

4. Peşə təhsili müəssisələrində:

1. akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələrə – 100 (bir yüz) manat;

2. akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələrə – 80 (səksən) manat;

3. akademik göstəriciləri “3”–“5” (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələrə – 66 (altmış altı) manat.

Qeyd edək ki, daha əvvəl dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri aşağıdakı kimi idi:

Doktorantura pilləsi üzrə:

1. elmlər doktoru hazırlığı üzrə doktorantlara – 360 manat;

2. fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 216 manat.

Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:

Magistratura səviyyəsi üzrə:

1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 174 manat;

2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 144 manat;

3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 96 manat;

bakalavriat səviyyəsi üzrə:

1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 156 manat;

2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 132 manat;

3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 90 manat;

Orta ixtisas təhsili müəssisələrində:

1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 90 manat;

2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 72 manat;

3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 60 manat.

Peşə təhsili müəssisələrində:

1. akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələrə – 90 manat;

2. akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələrə – 72 manat;

3. akademik göstəriciləri “3”–“5” (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələrə – 60 manat.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı