Maraqlı

Zelenskinin qələbə planı gizli saxlanılacaq

30 sentyabr / 11:07 1 dəq
Zelenski unufirmda
30 sentyabr / 11:07
Burada sizin reklamınız ola bilər

“Ukraynalılara Zelenskinin “qələbə planı”nın artıq amerikalılara məlum olan gizli məqamları göstərilməyəcək”.

Qerbxeber.com Musavat.com-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.

Onun sözlərinə görə, planın ABŞ-da təqdimatından sonra o, Ukrayna cəmiyyətinə göstəriləcək. Bununla belə, bəzi müddəalar bağlı qalacaq.

“İctimaiyyətə çıxan hər şeyi təkcə biz deyil, düşmən də eşidir. Və buna görə də, təbii ki, bu planın bəzi təfərrüatları bağlı saxlanılacaq. Ancaq bilirsiniz ki, bu planın düşmən ərazisində həyata keçirilməsi vacibdir”, – deyə Ukrayna prezidentinin ofisinin rəhbəri bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər