Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
QHT Xəbər

“Dirçəliş Kuboku” start götürüb

14 fevral / 20:45 2 dəq
IMG 20200214 WA0007
14 fevral / 20:45
Burada sizin reklamınız ola bilər

Bu gün Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi 13-cü qrant müsabiqəsində qaliblərdən biri olan Elmar Rzalının icra etdiyi “Dirçəliş kuboku” gənclər arasında intellektual turnir” layihəsi çərçivəsində ilk yarış keçirilib. 

“Nə? Harada? Nə zaman?” formatı üzrə reallaşan yarışda 35 intellektual klubun heyətində 175 gənc mübarizə aparıb. Qazax Gənclər Mərkəzində keçirilən yarışda 20 sual səsləndirilib. Ən çox suala düzgün cavab verən 12 komanda növbəti mərhələyə yüksəlib.

Beləliklə, “Diamond” (Qazax rayonu V.Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəb), “Göyəzən” (Qazax rayonu R.Mirzəliyev adına Alpout kənd tam orta məktəb), “Çukur” (Qazax rayonu Ş.Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəb), “Star OK” (Qazax rayonu İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəb), “Replicants” (müstəqil), “Equilibrium” (müstəqil), “Hermes” (müstəqil), “Sarkazm” (müstəqil), “Alcatras” (müstəqil), “Wolfram” (müstəqil), “La Catedral” (müstəqil) və “Panteon” (müstəqil) kollektivləri sabah “Breyn Rinq”də kimin daha güclü olduğuna aydınlıq gətirəcək.

Bu mərhələnənin ən yaxşıları isə 16 fevralda həlledici raund olan – “Erudit Kvartet”də mükafatçıları müəyyənləşdirəcək. Yekunda qalib komanda “Dirçəliş kuboku”na yiyələnəcək. Bütün mükafatçı komandalar isə diplom və medallarla təltif olunacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı