İdman

UEFA Avropa Liqası: “Qarabağ” bu gün İngiltərədə “Tottenhem”lə üz-üzə gələcək

26 sentyabr / 09:04 1 dəq
Qarabag
26 sentyabr / 09:04
Burada sizin reklamınız ola bilər

“Qarabağ” bu gün UEFA Avropa Liqasında İngiltərənin “Tottenhem” klubu ilə üz-üzə gələcək.

Qerbxeber.com məlumatına görə, Liqa mərhələsinin I turunun matçı Londonda keçiriləcək.

“Tottenhem” stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Görüşü fransalı FIFA referisi Villi Delajo idarə edəcək.

UEFA Avropa Liqası

Liqa mərhələsi, I tur

26 sentyabr

23:00. “Tottenhem” (İngiltərə) – “Qarabağ”

Baş hakim: Villi Delajo (Fransa).

London. “Tottenhem” stadionu

Qeyd edək ki, Azərbaycan çempionu oktyabrın 3-də Bakıda İsveçin “Malmö” kollektivini qəbul edəcək. “Tottenhem” isə Macarıstanda “Ferentsvaroş”un qonağı olacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər