ABŞ Prezidenti Co Bayden Ukraynaya 375 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayıb.
Qerbxeber.com Oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında qeyd olunub.
Yeni paketə kaset bombaları, HIMARS reaktiv yaylım atəş sistemləri və artilleriya üçün döyüş sursatı, o cümlədən “Javelin”(tank əleyhinə raket kompleksləri) daxildir.
“Biz Ukraynanı bu yeni yardımla mümkün qədər tez təmin edəcəyik”, – Dövlət Departamenti məlumatında qeyd olunub.