Dünya

UEFA Çempionlar Liqası: Liqa mərhələsində I tura start veriləcək

17 sentyabr / 12:05 1 dəq
Dd012107 01d1 3e3b 9a2a 1345970f0dbc
17 sentyabr / 12:05
Burada sizin reklamınız ola bilər

2024/2025 mövsümdən yeni formatda keçiriləcək UEFA Çempionlar Liqasının Liqa mərhələsində I tura start veriləcək.

Qerbxeber.com məlumatına görə, azarkeşlər bu gün 6 qarşılaşmanın şahidi olacaqlar.

Maraqlı görüşlərdən biri İtaliyada reallaşacaq. Milanın eyniadlı təmsilçisi doğma meydanda “Liverpul” ilə görüşəcək. İspaniya təmsilçisi “Real” Almaniyanın “Ştutqart” klubunu qəbul edəcək. Almaniyanın digər təmsilçisi “Bavariya” isə evdə Zaqreb “Dinamo”su ilə oynayacaq.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

17 sentyabr

I tur

20:45. “Yuventus” (İtaliya) – PSV (Niderland)

20:45. “Yanq Boys” (İsveçrə) – “Aston Villa” (İngiltərə)

23:00. “Bavariya” (Almaniya) – “Dinamo” (Zaqreb, Xorvatiya)

23:00. “Milan” (İtaliya) – “Liverpul” (İngiltərə)

23:00. “Real” (Madrid, İspaniya) – “Ştutqart” (Almaniya)

23:00. “Sportinq” (Portuqaliya) – “Lill” (Fransa)

Qeyd edək ki, ilk turun digər görüşləri sentyabrın 18-19-da keçiriləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər