Borrell: Aİ-nin Ukraynaya hərbi yardımı 43,5 milyard avroya çatıb
Avropa İttifaqının Ukraynaya hərbi yardımı 43,5 milyard avroya çatıb.
Qerbxeber.com xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Aİ müdafiə nazirlərinin Brüsseldə keçirilən qeyri-rəsmi görüşündən mətbuat konfransında deyib.
“Ümumi hərbi yardım indi 43 milyard avronu ötərək 43,5 milyard avro təşkil eidb”, – o deyib.




