Sosial

Bu il 29 minə yaxın şəxsə əlillik təyin edilib

19 avqust / 10:18 1 dəq
66c2e3100ebdc66c2e3100ebdd1724048144773ae2ef0be2c3e75ba73e1c13ebd3bf
19 avqust / 10:18
Burada sizin reklamınız ola bilər

Bu ilin yanvar-iyul ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 28,9 min şəxsə əlillik təyin edilib.

Bu barədə Qerbxeber.com Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 14,4 mininə ilkin, 14,5 mininə təkrar əlillik təyinatı aparılıb.

Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər