Kateqoriyasız

AFFA Region Liqasında şübhəli oyun aşkarlanıb

19 aprel / 12:35 1 dəq
19 aprel / 12:35
Burada sizin reklamınız ola bilər

Region Liqasında “Füzuli” və “FC Baku” komandaları arasında keçirilmiş oyunun nəticəsinin manipulyasiyası şübhəsi ilə AFFA-ya məlumat daxil olub. 

Bu barədə milli assosiasiyanın rəsmi açıqlamasında bildirilir.  Aprelin 6-da keçirilmiş qarşılaşma “FC Baku”nun qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu ilk hissədə Emin Mustafayev penaltidən vurub. Paytaxtdakı matçda 1:1 hesablı heç-heçə qeydə alındığı üçün iki oyunun yekununda “Füzuli” mübarizəni dayandırıb.

AFFA Region Liqasının İşçi Qrupu daxil olmuş məlumatı araşdırmaq üçün “FC Baku”nun Qusar “Şahdağ”ı ilə aprelin 22-də nəzərdə tutulan yarımfinal görüşünü qeyri-müəyyən müddətə təxirə salıb.

Qeyd edək ki, digər yarımfinal matçı “Uğur” (Sumqayıt) və “Araz Naxçıvan” komandaları arasında keçiriləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı