İdman

Çempionlar Liqası: “Dinamo” – “Qarabağ” oyununun hakimləri müəyyənləşib

19 avqust / 09:14 1 dəq
92746c12 115c 399f 9d4b 81c7f0587ce2
19 avqust / 09:14
Burada sizin reklamınız ola bilər

Xorvatiyada yerli “Dinamo” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununun təyinatları bəlli olub.

Qerbxeber.com məlumatına görə, qarşılaşma İsveçdən olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Qlenn Nyuberqə Mahbod Beiqi və Andreas Söderkvist kömək edəcək. Dördüncü hakim funksiyasını Adam Ladebak yerinə yetirəcək.

VAR-da almaniyalı Bastian Dankert, AVAR-da onun həmyerlisi Yohan Pfeyfer əyləşəcək.

Qeyd edək ki, avqustun 20-də “Maksimir” stadionunda reallaşacaq matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab oyunu avqustun 28-də gerçəkləşəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər