Dünya

Ukraynanın Sumı vilayətində 180-dən çox yaşayış məntəqəsinin sakinləri təxliyə edilir

15 avqust / 09:06 1 dəq
66bce9c92c99766bce9c92c998172365664966bce9c92c99566bce9c92c996
15 avqust / 09:06
Burada sizin reklamınız ola bilər

Ukrayna hakimiyyəti Sumı vilayətinin 183 yaşayış məntəqəsinin sakinlərini evakuasiya etmək niyyətindədir.

Qerbxeber.com xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri İqor Klimenko özünün “Telegram” kanalında yazıb.

“İlkin olaraq 183 yaşayış məntəqəsinin əhalisi təxliyə edilir”, – nazir vurğulayıb.

O əlavə edib ki, indiyədək hakimiyyət orqanları 20 mindən çox vətəndaşı təxliyə edib, 2,5 minə yaxın uşaq rayondan çıxarılıb.

Son zamanlar bu bölgədə hərbi əməliyyatların intensivliyi artıb. Bunun fonunda avqustun 13-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Sumı vilayətində 20 kilometrlik sərhəd zonasında “bütün kateqoriyadan olan vətəndaşların” gediş-gəlişinə qadağa qoyulduğunu elan edib.

Paylaş
Burada sizin reklamınız ola bilər