İdman

Çempionlar Liqası: “Qarabağ”ın bugünkü oyununa 28 min bilet satılıb

6 avqust / 17:38 1 dəq
GK4WcSITukETG1E97ElWsbRIXW1cAug0YH4ur2DL
6 avqust / 17:38
Burada sizin reklamınız ola bilər

“Qarabağ”ın Bakıda Bolqarıstan təmsilçisi “Ludoqorets”ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununa indiyədək 28000 bilet satılıb.

Bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç üçün 30000-ə yaxın bilet satışa çıxarılıb.

Qeyd edək ki, bu gün reallaşacaq “Qarabağ” – “Ludoqorets” görüşü saat 20:00-da start götürəcək. Cavab görüşü avqustun 13-də olacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər