Dünya

İsrailin Livanla genişmiqyaslı müharibə planı yoxdur

29 iyul / 09:14 1 dəq
66a69829d5c7e66a69829d5c7f172219396166a69829d5c7c66a69829d5c7d
29 iyul / 09:14
Burada sizin reklamınız ola bilər

Colan təpələrinə son hücumdan sonra Livanda döyüşlərin intensivliyi qısa müddətə arta bilər, lakin tammiqyaslı müharibəyə keçid olmayacaq.

Qerbxeber.com xəbər verir ki, bu barədə İsrailin bir sıra yüksək rütbəli rəsmilərinə istinadən “Ynet” portalı məlumat yayıb.

“Bir neçə gün döyüşdə ola bilərik. Söhbət indiyə qədər gördüyümüzdən fərqli olsa belə, məhdud zaman müddətindən gedir”, – deyə portal rəsmilərdən birinin sözlərindən sitat gətirib.

Qeyd edək ki, iyulun 27-də İsrailin nəzarətində olan Colan təpələri raket atəşinə tutulub. Hadisə zamanı raketlərdən biri Məcdəl Şəms şəhərində futbol meydançasına düşüb və nəticədə 12 nəfər həlak olub.

Paylaş
Burada sizin reklamınız ola bilər