Dünya

Azərbaycan UEFA reytinqində irəliləyib

26 iyul / 09:04 1 dəq
Indir 2024 07 26T090343.733
26 iyul / 09:04
Burada sizin reklamınız ola bilər

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib.

Qerbxeber.com məlumatına görə, bu, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunlarının nəticəsinə əsasən mümkün olub.

24-cü sırada yer alan ölkənin əmsalı 17,750-yə bərabərdir. “Zirə” və “Sabah” Azərbaycan üçün hərəyə 0,250 xal qazandırıb. Onlar müvafiq olaraq Slovakiyanın “DAK 1904” (4:0) və İsrailin “Makkabi” (Hayfa) (3:0) komandalarını məğlub ediblər. “Sumqayıt” isə evdə Macarıstanın “Fehervar” kollektivinə uduzub – 1:2.

Azərbaycandan bir pillə öndə Rusiya (18,299), bir addım geridə isə Slovakiya (17,625) yer alıb.

55 ölkənin reytinq siyahısına İngiltərə (89.160) başçılıq edir.

Paylaş
Burada sizin reklamınız ola bilər