Dünya

Britaniya parlamentinə keçirilən seçkilərdə Leyboristlər qalib gəlib

5 iyul / 09:16 1 dəq
66877a46a529566877a46a5296172015469466877a46a529366877a46a5294 (1)
5 iyul / 09:16
Burada sizin reklamınız ola bilər

Britaniya parlamentinə keçirilən seçkilərdə Leyboristlər Partiyası qalib gəlib.

Qerbxeber.comThe Guardian“-a istinadən xəbər verir ki, səslərin hesablanmasının aralıq nəticələrinə görə, müxalifət partiyası yeni hökumətin formalaşdırılması üçün lazım olan çoxluğu əldə edərək, 650 yerlik İcmalar Palatasında özünə 326 yeri təmin edib.

2010-cu ildən hakimiyyətdə olan Mühafizəkarlar Partiyasının cəmi 71 mandatı var.

Hazırda səsvermə bülletenlərinin hesablanması davam edir və yerli vaxtla 07:00-da başa çatacaq, amma bununla belə, artıq Leyboristlərə çatmaq mümkün olmayacaq.

Böyük Britaniyanın Baş naziri və hakim Mühafizəkarlar Partiyasının lideri Rişi Sunak da Leyboristlər Partiyasının lideri Key Starmeri parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib.

Paylaş
Burada sizin reklamınız ola bilər