Tovuz

“Turan Tovuz”a yeni baş məşqçi təyin edilib

25 iyun / 12:12 1 dəq
667a6ca548010667a6ca5480111719299237667a6ca54800e667a6ca54800f
25 iyun / 12:12
Burada sizin reklamınız ola bilər

Türkmənistanlı mütəxəssis Kurban Berdıyev “Turan Tovuz”un baş məşqçisi təyin olunub.

Qerbxeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Onunla “2+1” illik müqavilə bağlanıb.

Daha çox Rusiya təmsilçisi “Rubin”dəki uğurları ilə tanınan Kurban Berdıyev Qazaxıstanda “Kayrat”, “Taraz”, Türkiyədə “Gənclərbirliyi”, Türkmənistanda “Nisa” və əsas milli komanda, İranda “Traktor”, Rusiyada “Rostov”, “Soçi”, “Dinamo” (Mahaçqala) komandalarına rəhbərlik edib.

PRO kateqoriyalı mütəxəssis “Rubin”lə 2 dəfə Rusiya çempionu olmaqla yanaşı, 2 dəfə Rusiya Superkuboku, 1 dəfə isə ölkə kubokuna sahib olub. O, 2020/2021 mövsümündə “Kayrat”la Qazaxıstan Kubokunu başı üzərinə qaldırıb.

Paylaş
Burada sizin reklamınız ola bilər