Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

BMT Baş katibinin müavini: İqlim dəyişkiliyinə qarşı laqeydlik böhrana səbəb olur

19 iyun / 11:34 2 dəq
Indir 2024 06 19T113330.280
19 iyun / 11:34
Burada sizin reklamınız ola bilər

BMT Baş katibinin müavini, UNAOC üzrə Ali Nümayəndə Miguel Angel Moratinos Bakıda “COP29-a Aparan Yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda keçirilən Yüksək Səviyyəli 29-cu Toplantı iştirakçılarına məktub ünvanlayıb.

Qerbxeber.com xəbər verir ki, məktubu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin səsləndirib.

BMT rəsmisi məktubunda bildirib ki, iqlim dəyişkiliyinə qarşı laqeydlik böhrana səbəb olur, siyasi fikir ayrılığı, parçalanmalar bu prosesi sürətləndirir. O, iqlim böhranından əziyyət çəkənlərin əsas qurban olduğunu bildirib və deyib ki, iqlim dəyişikliyi ilə mübarizədə heç kim tək buraxılmamalıdır.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin baş direktorunun müavini, Nüvə Elmləri və Tətbiqləri Departamentinin rəhbəri Najat Mokhtarın tədbirə video mesajında isə bildirilib ki, bəşəriyyət planetin gələcəyi üçün bu gün vacib qərarlar verir.

AEBA-nın baş direktorunun müavini bildirib ki, iqlim dəyişikliyi hər ölkənin tək həll edəcəyi çağırış, problem deyil, bu məsələdə kollektiv yanaşma həmrəylik tələb olunur.

AEBA nümayəndəsi Nizami Gəncəvi Mərkəzinə bu toplantının təşkilatçılığına görə təşəkkür edib.

Böyük Britaniyanın keçmiş Baş naziri ( 2007-2010) Qordon Braun tədbirə ünvanladığı video müraciətdə deyib ki, bu gün iqlim dəyişikliyi ilə yanaşı ksenefobiya, münaqişlər, dünyanın müxtəlif nöqtələrində stabilliyin pozulması bəşəriyyəti təhdid edir.

O, iqlim dəyişikliyi ilə mübarizədə həmrəyliyin vacibliyini vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı