Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
“Qərb Xəbər”in məlumatına görə, hadisə Bakı-Qazax magistralının Qırılı kəndindən keçən hissəsində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər – 1981-ci il təvəllüdlü Rəşad Axundov, 1974-cü il təvəllüdlü Elşən Əsgərov və 1974-cü il təvəllüdlü Anar Yaqubov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.