Dünya

Rusiyanın Ukraynada əsirlərinin sayı açıqlanıb

6 iyun / 08:38 1 dəq
Indir 2024 06 06T083736.522
6 iyun / 08:38
Burada sizin reklamınız ola bilər

Rusiya silahlı qüvvələrinin 1348 əsgəri Ukrayna əsirliyindədir.

Qerbxeber.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq forumu çərçivəsində xarici media orqanlarının rəhbərləri ilə görüşündə bildirib.

O, Rusiya əsirliyində olan Ukrayna hərbçilərinin sayını da açıqlayıb. Qeyd edib ki, hazırda 6 mindən çox ukraynalı hərbçi Rusiyada əsirlikdədir.

Putin Rusiyanın münaqişə zamanı itkilərinin Ukraynanın itkilərindən dəfələrlə az olduğunu söyləyib: “Rusiya Federasiyası və Ukrayna qüvvələrinin bərpa olunmaz itkiləri 1-ə 5 nisbətindədir”.

Rusiya dövlət başçısı əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri ayda 50 min ölü və yaralı itirir, nisbət 50-nin 50-yədir.

Paylaş
Burada sizin reklamınız ola bilər