Dünya

İsveç Ukraynaya qoşun göndərmək məsələsini nəzərdən keçirə bilər

15 may / 08:59 1 dəq
6643d799dbcf16643d799dbcf217157221376643d799dbcee6643d799dbcef
15 may / 08:59
Burada sizin reklamınız ola bilər

İsveç hazırda Ukraynaya hərbi personal göndərmək fikrində deyil, lakin NATO üzvü olan ölkələr bu məsələdə razılığa gələrsə, bunu nəzərdən keçirə bilər.

Qerbxeber.com “Breaking Defence” nəşrinə istinadən xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Pol Conson jurnalistlərə bildirib.

“Anladığım qədərilə bu ilin əvvəlində Paris sammitində görüşən ölkələr arasında bununla bağlı (Ukraynaya hərbi personal göndərmək – Red.) ortaq mövqe yox idi. Hazırda konkret təklif yoxdur. Konkret bir təklif olsa, onu nəzərdən keçirə bilərik”, – nazir qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər