Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Almatı görüşü nəticədən asılı olmayaraq ikitərəfli formatın fərqli formada reallaşmasıdır-ASİF NƏRİMANLI

10 may / 21:35 3 dəq
Asif
10 may / 21:35
Burada sizin reklamınız ola bilər
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda keçirilən görüşü nəticədən asılı olmayaraq ikitərəfli formatın fərqli formada reallaşmasıdır. Və bundan sonra Bakı-İrəvan danışıqlarında iştirak etmək istəyən tərəflərin “vasitəçi” yox, platforma olması yönündə presedent yarana bilər.
Görüşün məhz Almatı şəhərində keçirilməsi isə maraqlı detaldır. Şəhər seçiminin Qazaxıstanın təklifi olduğu deyilir, lakin, Ermənistanın Alma-Ata bəyannaməsində israrlı mövqeyi fonunda bu seçim diqqətdən yayınmır. Və “Alma-Ata bəyannaməsini Almatı görüşündə yenidən sənədləşdirməkmi istəyirlər” sualını ön plana çıxarır.
Ermənistanın planının bu olduğu aydın görünür. Ararat Mirzoyan da macarıstanlı həmkarı ilə görüşdə bildirib ki, “Almatı danışıqları zamanı Azərbaycanla öhdəliklərimizi müzakirə etmək və onları yazılı şəkildə təsbit etmək imkanının olacağına inanırıq”.
Mümkündür ki, Almatıda əsas müzakirə mövzusu sülh sazişinin mətni üzərində olacaq. İndiyə qədər mətnlə bağlı Bakı-İrəvan xəttində məktublaşma baş verib, nazirlər də son düzəliş və əlavələrin edildiyi variantı üzərində dayanacaqlar. Mirzoyanın açıqlaması isə İrəvanın görüşdə sənəd imzalanmasını istədiyini deməyə əsas verir.
– Bakı üçün İrəvanın əsas öhdəliyi Naxçıvana maneəsiz keçidin verilməsi – Zəngəzur dəhlizinin açılmasıdır: bununla bağlı yeganə rəsmi sənəd 10 noyabr razılaşmasıdır, Əliyev də sonuncu çıxışında bunu vurğuladı, lakin Paşinyan “razılaşmanın artıq qüvvədə” olmadığını deyərək, növbəti dəfə imtina etdi;
– İrəvan üçün Bakının “öhdəliyi” sərhədlə bağlı Alma-Ata bəyannaməsinə istinad edilən 19 aprel razılaşmasıdır: erməni nazir də “öhdəliklərimiz” dedikdə əslində Azərbaycanın “öhdəliyini” nəzərdə tutur;
Bu o deməkdir ki, İrəvan Almatıda “sərhədin Alma-Ata bəyannaməsi əsasında müəyyən edilməsi” qeydinin daxil edildiyi sənədin imzalanmasına çalışacaq. Hərçənd, bunun mümkünlüyü sual altındadır.
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı