Dünya

ABŞ və Filippin 16 min hərbçinin iştirakı ilə təlimlərə başlayıb

22 aprel / 09:04 1 dəq
6625de5ef20546625de5ef205517137577906625de5ef20526625de5ef2053
22 aprel / 09:04
Burada sizin reklamınız ola bilər

ABŞ və Filippin Cənubi Çin Dənizində (SCS) artan gərginlik fonunda illik “Balikatan 2024” hərbi təlimlərinə başlayıb.

Qerbxeber.com xəbər verir ki, bu barədə “ABS-CBN News” məlumat yayıb.

“Məqsəd həqiqətən müharibəyə hazırlaşmaqdır. Burda gizlədilməli heç nə yoxxdur.Ordunu hazırlamasaq, bu, ölkəyə xələl gətirəcək”, – deyə “Balikatan 2024” ün sözçüsü Maykl Lokiqo bildirib.

Filippin əsgəri qeyd edib ki, təlim ilk dəfə Filippin ərazi sularından kənarda, sahil zolağından təxminən 22 km aralıda keçiriləcək.

“ABS-CBN News” həmçinin ABŞ-nin Filippində “SM-6” zenit raketlərini yerləşdirdiyini, lakin onun təlim zamanı istifadə edilməyəcəyini bildirib.

Təlim Filippinin şimalında, Tayvana 300 km-dən az məsafədə yerləşən Caqayan və Batanes əyalətlərində keçiriləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər