Dünya

Zelenskinin ofisi: Ukrayna üçün kritik məqam yaxınlaşır, ABŞ yardım paketini təsdiqləməlidir

5 aprel / 10:06 1 dəq
660f8f6ef103e660f8f6ef103f1712295790660f8f6ef103c660f8f6ef103d
5 aprel / 10:06
Burada sizin reklamınız ola bilər

“Ukrayna üçün gərgin məqam yaxınlaşır. Buna görə ABŞ Konqresi növbəti yardım paketini tezliklə təsdiqləməlidir”.

Qerbxeber.com yerli mətbuata istinadən xəbərinə görə, bunu Ukraynanın Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib.

O deyib ki, hazırda ölkəsinin hava hücumundan müdafiə sistemlərinə çox ciddi ehtiyacı var:

“Bizim vaxtımız yoxdur. Bir daha qeyd edirəm ki, hazırda ölkəmiz kritik çağırışlarla üz-üzə qalıb. ABŞ-nin növbəti yardım paketi bu ay ərzində təsdiqlənməsə, vəziyyət daha da mürəkkəbləşəcək”.

Paylaş
Burada sizin reklamınız ola bilər