Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Denis Şmıqal: Ukrayna 2 il ərzində Aİ-yə daxil olmaq istəyir

30 yanvar / 10:52 2 dəq
63d7673be698863d7673be6989167506105163d7673be698663d7673be6987
30 yanvar / 10:52
Burada sizin reklamınız ola bilər

Ukrayna Avropa İttifaqına (Aİ) üzv olmaq üçün çalışır və yaxın 2 il üçün görüləcək işlər planı da çox sıxdır.

“Qərb Xəbər” “APA”ya istinadən xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal “Politico” nəşrinə müsahibəsi zamanı deyib.

 

Şmıqal qeyd edib ki, bu həftə ərzində ilk dəfə olaraq Ukrayna ərazisində tarixi Aİ-Ukrayna sammitinin əsas müzakirə mövzusu ölkəsinin İttifaqa qəbul edilməsi olacaq.

“Ukraynanın Aİ-yə daxil olmaq planı çox iddialıdır və beləliklə də, biz gözləyirik ki, 2023-cü ildə danışıqların ilkin mərhələsini artıq həyata keçirə biləcəyik” – Şmıqal əlavə edib.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron söyləmişdi ki, Ukraynanın Aİ-yə qoşulması prosesi onilliklər çəkə bilər. Həmçinin ötən ilin iyun sammiti zamanı Ukraynanın Aİ-yə namizədlik statusunun verilməsini dəstəkləyən Aİ üzv ölkələrin liderləri də xüsusi olaraq qeyd etmişdilər ki, ölkənin ittifaqa qoşulması hələ bir neçə il çəkə bilər, Serbiya, Türkiyə və Monteneqro kimi namizəd ölkələr 1999-cu ildən indiyə kimi uzun illərdir gözləyirlər.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı