Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Qəzzada 14 minə yaxın uşaq öldürülüb

4 aprel / 11:28 2 dəq
Images 2024 04 04T112753.614
4 aprel / 11:28
Burada sizin reklamınız ola bilər

Altı aydır Qəzzada davam edən müharibədə təxminən 26 min uşaq, ya da uşaq əhalisinin 2 faizindən çoxu öldürülüb və ya yaralanıb.

Qerbxeber.com xəbər verir ki, bu barədə “Save the Children” beynəlxalq humanitar təşkilatı məlumat yayıb.

“BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi və Qəzzadakı səhiyyə qurumunun verdiyi məlumata görə, orada 13800-dən çox, İordan çayının qərb sahilində 113 uşaq öldürülüb, Qəzzada 12009-dan çox uşaq, İordan çayının qərb sahilində isə ən azı 725 uşaq yaralanıb. UNICEF ən azı 1000 uşağın bir və ya hər iki ayağının amputasiya edildiyini və 36 xəstəxanadan təxminən 30-nun bombardman olunduğunu və yalnız 10-nun qismən işlək vəziyyətdə qaldığını bildirib.

Qəzzada təhsil də hücuma məruz qalır. Burada 625 000 qeydiyyatdan keçmiş şagird var, lakin bombardmanlar və hərbi əməliyyatlar bütün məktəb binalarının təxminən 90%-nin zədələnməsinə və ya dağılmasına səbəb olduğu üçün oktyabr ayından bu yana heç bir uşaq rəsmi təhsil almayıb. Təxminən 261 müəllim öldürülüb və 1,4 milyon insan hazırda məktəblərdən sığınacaq kimi istifadə edir”, – məlumatda qeyd olunub.

“Save the Children” təşkilatı 7 oktyabrda HAMAS-ın İsrailin cənubuna hücumu nəticəsində 33 uşağın öldürüldüyünü qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı