Hadisə

Sabiq nazir Namiq Abbasov vəfat edib

28 mart / 09:06 1 dəq
Namiq abbasov
28 mart / 09:06
Burada sizin reklamınız ola bilər

Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib.

Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, Namiq Abbasov 84 yaşında dünyasını dəyişib.

Namiq Abbasov 22 fevral 1940-cı ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub.

1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.

Nazir postundan azad edildikdən sonra 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb.

Səfir vəzifəsini tərk etdikdən sonra təqaüdə çıxıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı