Dünya

Paşinyanın bəyanatına Peskovdan reaksiya

12 mart / 16:26 1 dəq
65eecbf29485e65eecbf29485f1710148594ea98e37a477b587b6a50d288865644e2
12 mart / 16:26
Burada sizin reklamınız ola bilər

“Rusiya Ermənistandan rusiyalı sərhədçilərin “Zvartnots” hava limanında işini dayandırmaları barədə bildiriş alıb, İrəvanla təmaslar davam edir”.

Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvan hava limanında Rusiya sərhədçiləri ilə bağlı bəyanatını şərh edərkən deyib.

“Həqiqətən də, bununla bağlı məktub daxil olub və indi departamentlər arasında təmaslar həyata keçirilir. Hazırda daha çox şey deyə bilmərəm”, – deyə Peskov bildirib.

“Təbii ki, bütün mümkün səviyyələrdə təmaslar davam edəcək”, – deyə o əlavə edib.

Mənbə: TASS

Paylaş
Burada sizin reklamınız ola bilər