Gürcüstanın Xarici işlər naziri İlya Darçiaşvili Azərbaycanın quru sərhədlərini daha 3 ay bağlı saxlaması ilə bağlı açıqlama verib.
Nazir hesab edir ki, Azərbaycanın Gürcüstanla quru sərhədləri açılardısa, qonşu ölkədən gələnlərin sayının artmasına kömək edərdi. Ancaq İlya Darçiaşvili Gürcüstanın “Birinci Kanal”ına bildirib ki, sərhədlərin turizmin daha da inkişafı üçün tamamilə açıq olmasını alqışlayardılar:
“Qonşu ölkədən və strateji tərəfdaşımızdan çoxlu ziyarətçilərimiz olub və bunun gələcəkdə də davam etməsini istəyirik”. Gürcüstanın İqtisadiyyat nazirinin müavini Mariam Kvrivişvilinin bir müddət əvvəl demişdi ki, iki ölkənin quru sərhədini bağlaması səbəbindən 1,5 milyondan çox turist itiriblər:
“Ölkə pandemiyadan əvvəlki səviyyəyə qayıda bilməyib. Gürcüstan Azərbaycanla quru sərhədinin bağlanması səbəbindən 1,5 milyon turist itirib. Bu, təxminən 400 milyon dollara bərabərdir və məhz bu amil Gürcüstanın turist axınını tam bərpa edə bilməməsinə səbəb olub”.