Dünya

Kreml Roma Papasının Ukrayna ilə bağlı açıqlamalarına münasibət bildirib

11 mart / 13:58 1 dəq
Kreml
11 mart / 13:58
Burada sizin reklamınız ola bilər

Kremlin sözçüsü Dmitri Peskov Roma Papası Fransiskin Ukrayna ilə bağlı danışıqların zəruriliyi haqda açıqlamalarına münasibət bildirib.

Qerbxeber.com xəbər verir ki, Peskov Rusiya Prezidenti Vladimir Putinin dəfələrlə danışıqların lehinə çıxış etdiyini, lakin Kiyevin bu cür təmasın mümkünlüyünü qəti şəkildə inkar etdiyini xatırladıb.

Kremlin sözçüsü Ukraynanın Qərb ölkələrinin Rusiyanın məğlubiyyəti ilə bağlı bəyanatlarına arxalandığını və bunun dərin səhv olduğunu qeyd edib.

Qeyd edək ki, Roma Papası Fransisk Ukrayna münaqişəsində uduzan tərəfin “ağ bayraq qaldırmağa cəsarət” tapmalı və danışıqlara razılıq verməli olduğunu söyləyib.

Paylaş
Burada sizin reklamınız ola bilər