Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Qərb Rusiyanın aktivlərindən əldə edilən 15 milyard avro gəliri müsadirə etməyə ümid edir

6 mart / 10:01 2 dəq
Avropa
6 mart / 10:01
Burada sizin reklamınız ola bilər

Avropa Komissiyası (AK) 2027-ci ilə qədər Rusiya Mərkəzi Bankının Avropa İttifaqında dondurulmuş 208 milyard avroluq aktivlərinin yenidən investisiyasından əldə edilən 15 milyard avro gəliri müsadirə etməyə ümid edir.

Qerbxeber.com xəbər verir ki, bunu Avropa Komissiyasının ədliyyə üzrə komissarı Didye Reynders Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

“Avropada 208 milyard avroluq Rusiya dövlət aktivləri və bu ölkənin Mərkəzi Bankının aktivləri bloklanıb, onların əksəriyyəti Belçikadadır. Keçməli olan bir çox mərhələlər var. Bu aktivlərdən gəlir olduqda, bu gəlirlərin vergiyə cəlb edilməsi Ukraynanı dəstəkləməyə yönəlməlidir.

Belçika hökuməti artıq 2023-cü ildə bu gəlirləri vergiyə cəlb edib və o, bu vergilərdən əldə olunan gəlirlərə sərəncam verə bilər, xüsusən də onları Ukraynaya dəstək verməyə yönəldə bilər”, – o qeyd edib.

Reynders vurğulayıb ki, Avropa Komissiyası hazırda Rusiya vəsaitlərinin müsadirəsinin növbəti mərhələsi ilə məşğuldur: “Növbəti mərhələ gəlirin özüdür, onun ölçüsünü dəqiq müəyyən etmək üçün indi ayrıca hesaba yerləşdirilməlidir. Önümüzdəki həftələrdə razılığa gəlməyi gözləyirik ki, biz də onlardan istifadə edək. İndiyə qədər hesablamışıq ki, 2027-ci ilə qədər təxminən 15 milyard avro qazanc istifadə edilə bilər, lakin bu, əlbəttə ki, faiz dərəcələrindən və dividendlərdən asılı olacaq”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı