İqtisadiyyat

Şəhər və rayonlarda avtobus parkları yenilənir

26 noyabr / 11:54 1 dəq
Avtostansiya
26 noyabr / 11:54
Burada sizin reklamınız ola bilər

Quba, Şamaxı, Zaqatala, Masallı, Mingəçevir və Gəncədə avtobus parklarının yenilənmə prosesi başlayıb.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən trend-ə verilən məlumata görə, artıq daşıyıcı şirkətlər həmin şəhər və rayonlarda avtobusların bəzilərini yeniləri ilə əvəz ediblər.

Respublika üzrə yaşı (istismar müddəti) 10 ildən yuxarı olan avtobusların statistikası 77 faizdən yuxarı idisə, hazırda avtobusların yenilənməsindən sonra bu rəqəm 64 faiz-ə enib.

Paylaş
Burada sizin reklamınız ola bilər