Bütövlükdə yay fəslində ilk 4-5 həftə ərzində əsasən günəş şüalarına ciddi həssaslığı olan dəri xəstəlikləri (rozasea, porfiriya, fitofotodermatit) üstünlük təşkil edir. Yayın ikinci yarısı əsasən dəri büküşləri problemləri (bişməcə, göbələk xəstəlikləri) daha çox müşahidə olunur.
Məsələ ilə bağlı “Qərb Xəbər”ə Qazax Müalicə Diaqnostika Mərkəzinin həkim dermotoloq Həqiqət Nuruyeva danışıb.
O bildirib ki, yay mövsümündə yayılan dəri xəstəlikləri əsasən günəş şüalarının təsiri nəticəsində yaranır. Bu dəri xəstəlikləri ən çox dərinin açıq sahələrində yayılır. Məsələn üzdə əmələ gələn xuazma və lentfolar günəş təsirindən əmələ gələn dəri xəstəlikləridir. Günəşdən çox istifadə edən xəstələrdə lentfon-melenoma xəstəlikləri əmələ gəlir. Bu xəstəlikdən qorunmaq üçün Günəş işığına çıxmazdan öncə spf tərkibli qoruyucu kremlərdən istifadə etmək lazımdır.
Həkim dermotoloq digər bədəndə olan dəri xəstəlikləriistidən də məlumat verib:”tərləmədən əmələ gələn bədən xəstəlikləri var. Bu xəstəlikdərdən ən çox rast gəlinəni dəridə yaranan alabəzək dəmrov xəstəliklərindəndir. Bu xəstəlik zamanı bazer,bud lampası və yod sınağından da istifadə olunur. Həmçinin dəridə günəş şüalarının təsirindən foto və fito dermotozlar yarana bilir . Foto və fito dermotozlar zamanı dəridə qızartılar və suluqlar olur. Foto və fito dermotozlar əsasən günəş şüalarının təsirindən hər hansısa bir bitkiyə toxunduqda, bitkinin şirəsi bədənin hər hansısa bir hissəsinə düşdükdə əmələ gəlir.
Dermotoloq H.Nuruyeva həmçinin yay aylarında əmələ gələn göbələk xəstəliklərindən də danışıb :” yay aylarında göbələk xəstəliklərinə çox tez-tez rast gəlnir.Göbələklər açıq havada, torpaqda, bitkilərdə,heyvanlarda və insan bədənində eləcədə insan dərisində yaşaya bilirlər və bakteriyalar kimi parazit mikroorqanizmlərdir . Nəmli mühitlərdə sürətlə çoxalaraq daha yoluxdurucu olurlar.
Dəridə yaranmış göbələk xəstəliyi daha çox özünü qaşınma ilə biruzə verir. Bundan başqa dəri səthindən azacıq qabarmış,qızarıqlıq fonunda, üzəri bəzən qabıqla örtülü olan, sağlam dəridən kəskin sərhədlə seçilən, çox fərqli ölçülərdə,fərqli sayda, bütün bədəndə eləcədə dırnaqlarda, selikli qişalarda, tüklərdə belə yayılmış ola bilir. Göbələk xəstəliyinə yoluxmamaq üçün ümumi duşxanalardan istifadə etməkdən qaçınmalı, hovuzda, dənizdə çimdikdən sonra bədəni tam qurutmalı,çirkli torpaqda,qumda ayaqyalın gəzməməli,başqalarının ayaqqabisindan, iç geyimlərindən, corablarından, üz qırxmaq və ya dirnaqlara qulluq üçün istifadə olunan setlərindən isitifadə etmək olmaz. Eləcədə vaxtlı vaxtında düzgün qidalanmaq, daima günəş vannaları qəbul etmək, xəstə insanlardan və xəstəliyə yoluxmuş heyvanlardan uzaq durmaq, əlləri dezinfeksiyaedici vasitələrlə yumaq məsləhət görülür”.
Ülviyyə Həsənli