Dünya

Dövlət Departamenti: ABŞ hər iki dövləti uzunmüddətli razılaşma əldə etməyə çağırır

28 fevral / 08:43 1 dəq
65de715fc703565de715fc7036170907683165de715fc703365de715fc7034
28 fevral / 08:43
Burada sizin reklamınız ola bilər

ABŞ Azərbaycan və Ermənistanı uzunmüddətli razılaşma əldə etməyə çağırmaqda davam edir.

Qerbxeber.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinqdə deyib.

Miller Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə bağlı bunları deyib:

“Heç bir elanım yoxdur, lakin biz hər iki tərəfi uzunmüddətli razılaşma əldə etməyə təşviq etməyə davam edirik”, – deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü fevralın 28-29-da Berlində keçiriləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər