Elm və Texnologiya

Prezident Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün maliyyə vəsaiti ayırıb

15 fevral / 15:12 1 dəq
Ilham
15 fevral / 15:12
Burada sizin reklamınız ola bilər

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün maliyyə vəsaiti ayrılması haqqında Sərəncam imzalayıb.

“Qərb Xəbər”in məlumatına görə, Sərəncamla Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyi göstərilməsi üçün Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə 10,0 (on) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər