Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

ABŞ Türkiyəni F-35-lərin istehsalı proqramına qaytarmaq üçün şərtini açıqlayıb

30 yanvar / 14:39 2 dəq
65b8bee67b21765b8bee67b218170660631065b8bee67b21565b8bee67b216
30 yanvar / 14:39
Burada sizin reklamınız ola bilər

Ankaranın Rusiyadan aldığı S-400 zenit-raket kompleksləri (ZRS) ilə bağlı məsələ həll olunarsa, Vaşinqton Türkiyəni Amerikanın beşinci nəsil F-35 qırıcılarının istehsalı proqramına qaytarmağa hazırdır.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə CNN Turk-ə müsahibəsində ABŞ dövlət katibinin birinci müavini Viktoriya Nuland deyib.

“Açığı, əgər biz S-400 məsələsini həll edə bilsək və bunu etmək də istəyirik o zaman ABŞ Türkiyəni yenidən F-35 ailəsinə qəbul etməkdən məmnun olar. Amma əvvəlcə bu məsələni həll etməliyik və onu həll edərkən Türkiyənin güclü hava hücumundan müdafiəsinə malik olmasını da təmin etməliyik. Biz uzun illərdir ki, həm S-400 alınmasından əvvəl, həm də o vaxtdan bəri hava hücumundan müdafiəni gücləndirməyi müzakirə etməyi təklif edirik. Bildiyiniz kimi, bu, mürəkkəb məsələdir. Bu günlərdə hər kəsin hava hücumundan müdafiəyə ehtiyacı var. Bu problemin öhdəsindən gələ bilsək, biz F-35 danışıqlarına qayıda bilərik”, – Viktoriya Nuland bildirib.

Xatırladaq ki, Türkiyə 2019-cu ildə Rusiyadan S-400 zenit-raket kompleksləri aldıqdan sonra F-35 proqramından çıxarılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı