Bölgə xəbərləri

Azərbaycana keçən Gürcüstan vətəndaşları çobanı bıçaqlayıblar

19 dekabr / 09:19 1 dəq
3d8fc9d0862e9fb9752319fa1945972f
19 dekabr / 09:19
Burada sizin reklamınız ola bilər

Azərbaycan sərhədini oğurluq məqsədi ilə pozan Gürcüstan vətəndaşları çobanı bıçaqlayıblar.

“Qərb Xəbər” xəbər verir ki, hadisə Çeyrançöl adlanan ərazidə, Gürcüstan-Azərbaycan sərhədində qeydə alınıb.

Həmin ərazidə çobanlıqla məşğul olan 1969-cu il təvəllüdlü İsmayılov Alı İsmayıl oğlu bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hadisəni törədən şəxslərin Gürcüstan vətəndaşları olduğu bildirilir. Belə ki, onlar sərhədi qanunsuz keçərək mal-qara oğurlamaq məqsədi ilə Çeyrançöl ərazisinə gəliblər.

Cinayət hadisəsini törədən şəxslər hadisə yerindən qaçmağa nail olublar, faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı